/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
"Azərbaycan" redaksiyası

 

1 oktyabr 2001-ci ildə "Lider" telekanalının rəhbərliyi çətin və məsuliyyətli bir proyekt reallaşdırmaq qərarına gəldi: Azərbaycanı və azərbaycançılığı təbliğ edəcək silsilə sənədli televiziya filmlərinin istehsalına başlamaq! Bu məqsədlə yaradılan redaksiyaya istedadlı və işgüzar insanlar cəlb olundu. Həmin vaxtdan etibarən efirdə "Azərbaycan redaksiyası təqdim edir" başlığı altında maarifləndirici sənədli filmlər və verilişlər nümayiş olunur. Qeyd edək ki, dəfələrlə "Azərbaycan" redaksiyasının fimləri yerli və xarici festivallarda iştirak edərək uğurlar da qazanıb. "Azərbaycan" redaksiyasında 600-ə qədər sənədli televiziya filmi və verilişlər istehsal olunub. Azərbaycan redaksiyasında çəkilən filmlərin tematikası da müxtəlifdir. Buraya siyasi, tarix, təhsil, mədəniyyət, hərbi vətənpərvərlik, portert,etnoqrafiya mövzusunda çəkilən flimlər, mədəniyyət etüdləri və musiqili kompozisiyalar daxilidr. 2009-cu il aprelin 21-də "Humay 2008-2009" mükafatının təqdimetmə mərasimində, Lider Media Holdinqin “Azərbaycan” redaksiyası “Humay” Milli Akademiyasının qərarı ilə “Televiziya” nominasiyasında “Bakılı” Beynəlxalq Mədəniyyət cəmiyyətinin təsis etdiyi “Humay” Milli mükafatına layiq görüldü.

VERİLİŞLƏR
ARXİV